"Tottenhem" - "Qarabağ" matçı fransalı hakimə tapşırıldı

"Tottenhem" - "Qarabağ" matçı fransalı hakimə tapşırıldı

Avropa Liqasının Liqa mərhələsinin 1-ci turu çərçivəsində baş tutacaq "Tottenhem" - "Qarabağ" matçını fransalı hakimə tapşırılıb.

Fanat.Az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma FIFA referisi Villi Delajo idarə edəcək.

Ona Ervan Finjean və Filip Jeanne yardımçı olacaqlar. Dördüncü hakim funksiyasını Tomas Leonard yerinə yetirəcək. VARda Benoit Millot, AVAR-da Alan Kijas əyləşəcək.

Qeyd edək ki, sentyabrın 26-da keçiriləcək “Tottenhem” – “Qarabağ” oyunu Bakı vaxtı saat 23:00-da start götürəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər