"Sivasspor"dan "Qarabağ"a 1 milyonluq təklif

"Sivasspor"dan "Qarabağ"a 1 milyonluq təklif
Ölkə çempionluğunu yaşamağa hazırlaşan “Qarabağ” mövsümüm sonunda əsas futbolçularından olan Reynaldonu itirə bilər. Sərgilədiyi oyunla Azərbaycanda hamının rəğbətini qazanan braziliyalının parlaq oyunu digər ölkə menecerlərinin də diqqətini cəlb edib.
Fanat.az xəbər verir ki, Reynaldoya “Sivasspor” elçi düşüb. Türkiyə klubu braziliyalı futbolçuya görə “Qarabağ”a 1 milyon avroluq təklif irəli sürməyə hazırlaşır. Bu transferin gerçəkləşməsini “Sivasspor”un məşhur brazilyalı məşqçisi Roberto Karlos istəyib. O, Reynaldonun bu mövsüm çıxışlarını izləyib və “Qarabağ”lı futbolçunun onun komandasına da xeyir verəcəyi qənaətinə gəlib. 
Məlumat üçün deyək ki, hazırda Türkiyə Super Liqasında 5-ci pillədə olan “Sivasspor” Avropa Liqasına vəsiqə qazanmağa yaxındı.
Qeyd edək ki, Reynaldo 19 qolla Premyer Liqanın bombardirlər siyahısında ilk pillədə yer alıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər