"Simurq"un müdafiəçisi "Qarabağ"ı görməyəcək

"Simurq"un müdafiəçisi "Qarabağ"ı görməyəcək

"Simurq" ciddi itki ilə üzləşib. Fanat.az xəbər verir ki, Zaqatala klubu İlkin Qırtımovun xidmətindən məhrum olub.

24 yaşlı müdafiəçi sarı vərəqə limitini doldurub. "Qəbələ" ilə oyunun 65-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə cəzalanan İlkin cəzalı duruma düşüb. Bu səbəbdən o, XIV turun "Qarabağ"la oyununu buraxacaq.

Qeyd edək ki, Qırtımov bu mövsüm "Neftçi" ilə hər iki oyunda və "Bakı" matçında da sarı vərəqə alıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər