"Simurq"dan ayrılan futbolçu "Araz Naxçıvan"a lazım deyil

"Simurq"dan ayrılan futbolçu "Araz Naxçıvan"a lazım deyil

Salif Ballonun "Simurq"dan ayrıldıqdan sonra "Araz Naxçıvan"a keçməyəcəyi dəqiqləşib. Bu barədə Fanat.az-a verdiyi açıqlamada Muxtar Respublika təmsilçisinin mətbuat xidmətinin rəhbəri Ceyhun Məmmədov verib.

Klub sözçusu malili futbolçunun bir müddət öncə baş məşqçi Əsgər Abdullayevin maraq dairəsində olduğunu bildirsə də, hazırda onun xidmətinə ehtiyac duymadıqlarını dilə gətirib: Ballonun "Simurq"dan ayrılmasından xəbərimiz var. Lakin baş məşqçimiz heyəti komplektləşdirib bə hazırda II turun qarşılaşması haqda düşünür. Komandamız gündə 2 dəfə olmaqla məşqlərini davam etdirir. Şənbə günü Gəncəyə uçacağıq və oradan Qəbələyə yola düşəcəyik".

Qeyd edək ki, Ballo Əsgər Abdullayevin rəhbərliyi altında Tovuzun "Turan" kollektivində çıxış edib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər