"Simurq" "Qarabağ"la oyuna hazırdı

"Simurq" "Qarabağ"la oyuna hazırdı

Azərbaycan Kubokunun 1/2 final mərhələsinin ilk oyunu çərçivəsində "Simurq" sabah "Qarabağ"ın qonağı olacaq. 

Fanat.az xəbər verir ki, bu gün paytaxtda Zaqatala klubu qarşılaşmanın keçiriləcəyi "İnter Arena"da son məşqinə çıxıb. Bir saatdan artıq davam edən çalışmalarda bütün futbolçular iştirak edib. 

Qeyd edək ki, "Qarabağ" - "Simurq" oyunu saat 18.00-da start götürəcək. Qarşılaşma "Simurq TV" vasitəsilə canlı yayımlanacaq. Cavam matçı isə aprelin 21-də Zaqatala şəhər stadionunda keçiriləcək. 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər