Əvəzedici heyətlər arasında ölkə çempionatının XIV turuna yekun vurulub. Fanat.az xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma baş tutub.
"Neftçi" - "Qəbələ" oyununda 4 qol vurulsa da, qalib müəyyənləşməyib - 2:2. "İnter" səfərdə "Bakı"ya 1:2 hesabı ilə yenilib. "Sumqayıt" isə eyni hesabla AZAL-a qalib gəlib.
Turun son oyunu bu gün keçirilib. "Simurq" doğma meydanda "Qarabağ"ı darmadağın edib - 4:0.
Qeyd edək ki, "Araz Naxçıvan" çempionatdan çıxdığından "Xəzər Lənkəran" bu turda istirahət edib.
Əvəzedici heyətlər
2014/15 mövsümü
II dövrə, XIV tur
28 noyabr
Bakı - İnter 2:1
Qollar: Raul Yaqubzadə, 13. Azad Kərimov, 51 - Elnur Süleymanov, 10-pen.
AZAL - Sumqayıt 1:2
Qollar: Elmin Ağayev, 72 (avtoqol) - Ramil Orucov, 67. Kamil Xanıyev, 74.
Neftçi - Qəbələ 2:2
Qollar: Aqşin Qurbanlı, 10. Mirabdulla Abbasov, 70 - Kamal Mirzəyev, 40. Ramil Hasanov, 90+1.
29 noyabr
Simurq - Qarabağ 4:0
Qollar: Nicat Muxtarov, 27. Oruc Balaşlı, 50; 82-pen. Sahib Abbasov, 58.
| № | Klub | O | Q | H/H | M | T/F | X | |
| 1 | Simurq | 13 | 7 | 2 | 4 | 27:14 | 23 | |
| 2 | Xəzər L | 12 | 7 | 2 | 3 | 20:14 | 23 | |
| 3 | Qəbələ | 12 | 7 | 2 | 3 | 19:16 | 23 | |
| 4 | İnter | 12 | 6 | 2 | 4 | 27:17 | 20 | |
| 5 | Qarabağ | 12 | 6 | 0 | 6 | 19:21 | 18 | |
| 6 | AZAL | 12 | 3 | 5 | 4 | 12:15 | 14 | |
| 7 | Bakı | 13 | 4 | 1 | 8 | 25:26 | 13 | |
| 8 | Neftçi | 12 | 3 | 3 | 6 | 16:21 | 12 | |
| 9 | Sumqayıt | 12 | 2 | 3 | 7 | 14:35 | 9 | |
|
Bombardirlər | Raul Yaqubzadə (Bakı), Oruc Balaşlı (Simurq) - 9. Mirsahib Abbasov (İnter), Fuad Məmmədzadə (Qarabağ), Cavid Muxtarzadə (Neftçi) - 7. | |||||||
Fanat.az