Avropa Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində keçiriləcək "Sent-Etyen" - "Qarabağ" görüşünün baş hakimi məlum olub. Fanat.az xəbər verir ki, qarşılaşmanı İslandiyadan olan ədalət təmsilçiləri idarə edəcək.
Matçın baş hakimi Kristin Yakobsson təyin olunub.
Qeyd edək ki, Fransada keçiriləcək matç noyabrın 27-də, Bakı vaxtı ilə 00.05-də start götürəcək.
Fanat.az