Topaz Premyer Liqasının XXI turunda "Kәpәz" doğma meydanda "Qarabağ"ı qәbul edib. Fanat.az xәbәr verir ki, gәncәlilәrin 1:2 hesabı ilә uduzduqları oyundan sonra baş mәşqçi Şahin Diniyev matçla bağlı fikirlәrini bildirib.
"Çәtin oyun oldu. "Qarabağ" bizi bu mövsüm 3 oyunda udub. Bundan әvvәlki 2 görüşdә rәqib üstün oynamışdı. Amma bugünki görüşdә sırf şans onların tәrәfindә oldu. Qapımıza vurulan kuryoz qol mәğlubiyyәtә sәbәb oldu. Bizim dә mövsüm әrzindә mәqsәdimiz var. Avrokuboklara vәsiqә verәn yerlәrdәn biri üçün oynayacağıq. Amma hәlә bu barәdә danışmaq üçün tezdi".(qafqazinfo)
Fanat.az