"Şamaxı" heyətinə yeni futbolçu cəlb etdi

"Şamaxı" heyətinə yeni futbolçu cəlb etdi

"Şamaxı" heyətinə yeni futbolçu qatıb.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, yeni mövsümdə Azər Bağırovun rəhbərliyi altında mübarizə aparacaq komanda mövsümün ikinci yarısını icarə əsasında "Karvan-Yevlax"da keçirən müdafiəçi Emin Rüstəmovla güclənib.

Eminin heyətə qatıldığının yaxın vaxtlarda ictimaiyyətə açıqlanacağı gözlənilir.

Xatırladaq ki, Emin Yevlax təmsilçisində oynadığı dönəmdə müqavilə ilə 1-ci Liqa klubu "Səbail"ə məxsus olub. "Karvan"ın forması ilə Misli Premyer Liqasında 15, Bizon Azərbaycan Kubokunda 1 matça çıxan arxa xətt oyunçusu 1 məhsuldar ötürmə ilə yadda qalıb ki, bu da çempionat matçına təsadüf edib.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər