"Rəvan" "Qarabağ" üçün başladı

"Rəvan" "Qarabağ" üçün başladı
"Rəvan" Topaz Premyer Liqasının XIV turunda "Qarabağ"la keçirəcəyi matçın hazırlıqlarını davam etdirir. Fanat.az xəbər verir ki, Bakı klubu 1 günlük istirahətdən sonra bu gün oyunun hazırlıqlarına başlayıb.
"Bayıl Arena"da baş məşqçi Şahin Diniyevin rəhbərliyi altında keçirilən hazırlıqda məlum zədəli futbolçulardan başqa hamı iştirak edib. Qapıçıların ayrıca çalışdığı məşqdə Diniyev yetirmələrinə taktiki-texniki hazırlıqda kaeçib. Futbolçular təzyiq altında topu özündə saxlamaq, iti əks-hücumlar qurmaq üzərində işləyib. Məşqin sonunda isə cinah asmaları, standart vəziyyətlər üzərində çalışan futbolçular qapıya zərbələri məşq etməyi də yaddan çıxarmayıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər