“Yaxşı oynadıq.İkinci hissədə çox qol vəziyyəti yaratdıq. Özlərini göstərmək üçün gənc futbolçulara şans vermişdik. Düşünürəm ki, onlar öz imkanlarından yararlandırlar".
Fanat.az xəbər verir ki, bu sözləri Bakı "İnter"inin baş məşqçisi Zaur Svanadze Azərbaycan kubokunun yarımfinalında "Qarabağ"a 0:1 hesabı ilə uduzduqları oyundan sonra deyib.
Gürcüstanlı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.
- Mirhüseyn Seyidovun oyununda eniş hiss etmirsiniz?
- Mirhüseyn üçün çox çətindir. Zədədən qayıdıb. Onun belə oynamasını karyerasında eniş kimi dəyərləndrimirəm.
- Finala vəsiqə qazanmadığınız üçün üzülürsünüzmü?
- Əgər rəqibimiz “Qarabağ” olmasaydı, şansımız var idi. Əlbəttə, finala vəsiqə qazanmadığımız üçün çox üzülürəm. “Qarabağ”ın yaxşı heyəti var. Dediyim kimi bu gün gənc futbolçulara şans vermişdim. Düşünürəm ki, onlar şanslarından yaxşı yararlandılar.(qol.az)
Fanat.az