"Real" "Arsenal"ın futbolçusunu aparır - Rekord yenilənmək üzrədir

"Real" "Arsenal"ın futbolçusunu aparır - Rekord yenilənmək üzrədir

"Real Madrid" Çempionlar Liqasının 1/4 final mərhələsinin hər iki matçında uduzduğu (0:3, 1:2) "Arsenal"ın futbolçusuna elçi düşüb.

Fanat.Az xəbər verir ki, informasiyanı "Fichajes" yayıb.  

Məlumata görə, "Kral klubu" Fransa millisinin müdafiəçisi Vilyam Saliba üçün London təmsilçisinə rekord məbləğ - 100 milyon avro təklif etmək niyyətindədir. 

İspaniya nəhəngi Salibanı transfer edə bilsə, bu, dünya futbolunda bir müdafiəçinin alınmasına xərclənən ən yüksək məbləğ olacaq. Daha öncə "Mançester Siti" xorvatiyalı arxa xətt oyunçusu Yoşko Qvardiola görə Almaniyanın "Leyptsiq" klubuna 90 milyon avro ödəyib.

Nihat  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər