İspaniya La Liqasının 26-cı turu çərçivəsində dünən öz meydanında gözlənilmədən "Xetafe"yə uduzan (0:1) "Real Madrid"in yalnız bir futbolçusu azarkeşlərdən üzr istəyib.
Fanat.Az "El Mundo"ya istinadən xəbər verir ki, bu, qapıçı Tibo Kurtuadır.
Mənbə matç başa çatandan sonra fanatların yer aldığı tribunaya yaxınlaşan Kurtuanın onlardan yenilgiyə görə üzr istədiyini və dəstəkləri üçün üçün təşəkkür etdiyini vurğulayıb. Məlumata görə, digər "Real"lılar miks-zonada media mənsubları ilə ünsiyyət də qurmayıblar.
Bu oyundan sonra Madrid təmsilçisi 60 xalla 2-ci pillədə mövqe tutub. Lider "Barselona"nın isə 64 xalı var.
Toğrul