"Real Madrid"in əsas sütunlarından biri olan Federiko Valverdenin yayda komandadan ayrılmaq ehtimalı Avropa nəhənglərini hərəkətə keçirib.
Fanat.Az xəbər verir ki, uruqvaylı yarımmüdafiəçi üçün İngiltərənin "Liverpul", "Mançester Yunayted" və Almaniyanın "Bayern Münhen" klubları artıq rəsmi şəkildə maraqlarını ifadə ediblər.
"E-Notícies"in yaydığı məlumata görə, Valverdenin transfer qiyməti təxminən 70 milyon funt-sterlinq dəyərində qiymətləndirilir.
Əgər ulduz futbolçu yay transfer pəncərəsində "Kral Klubu"nu tərk etmək qərarına gəlsə, bu üç nəhəng komanda onun transferi üçün ciddi mübarizəyə başlayacaq.