İspaniya nəhəngi "Real Madrid"in düşərgəsində gözlənilməz krizis baş qaldırıb.
Fanat.Az xəbər verir ki, məşhur "Marca" nəşrinin yaydığı məlumata görə, komandanın ulduz futbolçuları Aurelyen Tçuameni və Federiko Valverde arasında məşq zamanı ciddi mübahisə yaşanıb.
Tərəflər arasındakı gərginlik o həddə çatıb ki, hadisənin fiziki qarşıdurmaya çevrilməsinin qarşısını komanda yoldaşları çətinliklə alıblar. Bildirilir ki, meydançada başlayan bu soyuq müharibə soyunub-geyinmə otağında da davam edərək komandadaxili atmosferə mənfi təsir göstərib.
"Kral Klubu"nun hər iki yarımmüdafiəçisinin bu davranışı rəhbərlik və texniki heyət tərəfindən narahatlıqla qarşılanıb. Hazırda klubun bu nizam-intizam pozuntusu ilə bağlı futbolçulara qarşı hansısa sanksiya tətbiq edib-etməyəcəyi maraq doğurur.
Kamil Xudiyev