"Real Madrid"in əfsanəvi keçmiş qapıçısı Xose Arrakistayn vəfat edib.
Fanat.Az xəbər verir ki, bu barədə İspaniya nəhənginib mətbuat xidməti məlumat yayıb.
Arakistayn 88 yaşında dünyasını dəyişib.
O, 1961-ci ildən 1968-ci ilə qədər "Real Madrid"də çıxış edib və bütün yarışlarda 97 oyun keçirib. Arakistayn "Real" ilə 6 İspaniya çempionluğu və 1966-cı ildə Avropa Kubokunu qazandı. O, 1961/62 mövsümündə La Liqada mövsümün ən yaxşı qapıçısı kimi "Rikardo Samora mükafatı"nı qazanıb.
Xose Arrakistayn "Kral klubu"ndan başqa, "Real Sosyedad", "Eybar", "Elçe" və "Kastelyon"da oynayıb. O, həmçinin 1960-1962-ci illərdə İspaniya millisinin heyətində 6 oyun keçirib.
Mirağa