"Real Madrid"in 100 milyonluq təklifini geri çevirdilər

"Real Madrid"in 100 milyonluq təklifini geri çevirdilər

İspaniyanın "Real Madrid" klubu "Leypsiq"in gənc ulduzu Yan Diomande üçün rəsmi həmlə edib.

Fanat.Az xəbər verir ki, Madrid təmsilçisi Fildişi Sahilindən olan futbolçu üçün 90 milyon avro nağd və 10 milyon avro bonus təklif edib.

Lakin Almaniya klubu bu böyük məbləğə baxmayaraq, təklifi rədd etmək qərarına gəlib.

Qeyd olunur ki, "kral klubu" gənc oyunçunu heyətinə qatmaq üçün tezliklə daha yüksək təkliflə geri dönəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər