"Real Madrid"dən gözlənilməz addım - ƏTRAFLI

"Real Madrid"dən gözlənilməz addım - ƏTRAFLI

İspaniya nəhəngi "Real Madrid" müdafiə xəttində yaranan problemləri həll etmək üçün İngiltərəyə üz tutub.

Fanat.Az xəbər verir ki, Madrid təmsilçisi "Mançester Yunayted"in portuqaliyalı müdafiəçisi Diequ Dalonu transfer siyahısına daxil edib.

"Fichajes" nəşrinin xəbərinə görə, "Kral klubu" Dalonu müdafiənin sağ cinahındakı zəiflikləri aradan qaldırmaq üçün ideal namizəd hesab edir.

Portuqaliya millisinin də üzvü olan 25 yaşlı futbolçunun "Yunayted"dəki stabil performansı skautların diqqətini çəkib. "Real" rəhbərliyi yayda bu keçid üçün rəsmi danışıqlara başlamağı planlaşdırır.

Kamil Xudiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər