"Real Madrid" ulduz futbolçunu "Mançester Siti"yə satır

"Real Madrid" ulduz futbolçunu "Mançester Siti"yə satır

Futbol dünyasında sensasiya yaradacaq transfer iddiası gündəmə bomba kimi düşüb.

Fanat.Az İspaniyanın məşhur "Marca" nəşrinə istinadən xəbər verir ki, "Real Madrid" rəhbərliyi baş məşqçi Joze Mourinyunun heyətdə əsas planlarına daxil etmədiyi fransız ulduz Eduardo Kamavinqanı "Mançester Siti"yə təklif edib.

İngiltərə Premyer Liqası təmsilçisi isə bu fürsəti qaçırmaq istəmir və gənc yarımmüdafiəçinin transferi ilə bağlı ilk rəsmi təmaslara start verib.

Danışıqların yaxın günlərdə yekunlaşacağı gözlənilir.

Kamil Xudiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər