"Real Madrid" portuqaliyalı yarımmüdafiəçini hədəf seçib

"Real Madrid" portuqaliyalı yarımmüdafiəçini hədəf seçib

İspaniya nəhəngi "Real Madrid" yay transfer siyahısına yeni bir ad əlavə edib.

Fanat.Az xəbər verir ki, "kral klubu" "Vest Hem"in portuqaliyalı yarımmüdafiəçisi Mateus Fernandesin keçidində maraqlıdır.

London klubunun Premyer Liqadan düşməsindən sonra bir çox komandanın diqqətini çəkən 24 yaşlı futbolçu ilə ciddi şəkildə maraqlanırlar.

"Vest Hem" rəhbərliyinin bu transfer üçün təxminən 80 milyon funt-sterlinq civarında gələn təklifləri dəyərləndirməyə hazır olduğu bildirilir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər