"Real Madrid" Mastantuono üçün planını müəyyənləşdirdi

"Real Madrid" Mastantuono üçün planını müəyyənləşdirdi

"Real Madrid"in böyük ümidlər bəslədiyi argentinalı gənc ulduz Franko Mastantuononun gələcək karyera xəritəsi bəlli olmağa başlayır.

Fanat.Az xəbər verir ki, "kral klubu" gənc oyunçunun "River Pleyt"ə qayıtmasını deyil, Avropa klublarından birinə icarəyə verilərək təcrübə toplamasını istəyir.

17 yaşlı yarımmüdafiəçi ilə İtaliyanın "Fiorentina" və "Roma" klubları yaxından maraqlanır.

Bundan əlavə, Fransa və İspaniya çempionatlarının bir neçə iddialı təmsilçisi də gənc istedadı icarəyə götürmək üçün "Real Madrid"in qapısını döyür.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər