"Real Madrid" Kukurelya və Silvanın ardından daha bir ulduzu heyətinə qatdı - RƏSMİ

"Real Madrid" Kukurelya və Silvanın ardından daha bir ulduzu heyətinə qatdı - RƏSMİ

Bu yay ispan cinah müdafiəçisi Mark Kukurelyanı "Çelsi"dən alan, "Mançester Siti" ilə vidalaşan portuqaliyalı yarımmüdafiəçi Bernardu Silvanı azad agent qismində rənglərinə bağlayan "Real Madrid" daha bir ulduzla münasibətləri rəsmiləşdirib.

Fanat.Az "kral klubu"nun rəsmi saytına istinadən xəbər verir ki, ötən mövsümün sonunda "Liverpul"la vidalaşan fransalı müdafiəçi İbrahima Konate heyətə qatılıb.

Arxa xətt oyunçusu ilə 4 illik müqavilə imzalanıb. Hazırda Fransa yığması ilə DÇ-2026-da iştirak edən Konate mundialdan sonra İspaniya nəhənginə qoşulacaq.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər