“Real Madrid” “Liverpul”un argentinalı yarımmüdafiəçisi Aleksis Mak Allisteri heyətinə qatmaq istəyir. Fanat.Az xəbər verir ki, informasiyanı "The Guardian" yayıb. Mənbənin məlumatına görə, Madrid təmsilçisi 27 yaşlı futbolçunun vəziyyətini yaxından izləyir və onu 2027-ci ilin yay transfer pəncərəsində əsas hədəflərindən biri kimi nəzərdən keçirir. Mak Allisterin "Liverpul"la müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. Bununla belə, tərəflər arasında yeni müqavilə ilə bağlı vəziyyət qeyri-müəyyəndir. Argentinalı futbolçu daha əvvəl klubun ona yeni sözləşmə təklif etməməsindən məyus olduğunu açıqlamışdı. "Real Madrid"in yarımmüdafiə xəttini gücləndirmək istədiyi və Mak Allisterin bu mövqedə nəzərdə tutulan futbolçulardan biri olduğu qeyd edilir. Argentinalı futbolçu isə gələcəyi ilə bağlı yekun qərar vermədiyini bildirib: "Hələ iki il müqaviləm var. Bu müddətdə çox şey baş verə bilər. Hazırda olduğum yerdə olmaqdan zövq alıram və daha uzun müddət burada qalmağa ümid edirəm". Əlisahib İbrahimli
"Real Madrid" argentinalı ulduzu istəyir
TREND
Azərbaycan futbolu
10:51
04.10.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
09:41
03.10.2026
Həftəsonu oyunlar bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
00:29
04.10.2026
Dostluq deyib gəldilər, hörmətsizlik edib getdilər
Azərbaycan futbolu
23:56
30.09.2026
"Neftçi"nin Rusiya nəhənginə etdiyi təklif ortaya çıxdı
Oxşar xəbərlər
Azərbaycan futbolu
20:14
06.10.2026
"Qarabağ"ın futbolçusu Kərbəladan şəhidlərimizi yad etdi
Azərbaycan futbolu
17:33
06.10.2026
"Şahdağ Qusar"ın idman direktoruna töhmət verildi
Azərbaycan futbolu
16:04
06.10.2026
"Oyunun gedişindən asılı olaraq, 1 xal da dəyərli ola bilər, amma "Səbail"lə matçda..." - "Karvan-Yevlax"ın kapitanı
Azərbaycan futbolu
14:17
06.10.2026
"Səbail"in futbolçusu uzun müddətə sıradan çıxdı