"Real Madrid" 19 yaşlı istedadı istəyir

"Real Madrid" 19 yaşlı istedadı istəyir

İspaniya giqantı "Real Madrid" "AZ Alkmaar"ın 19 yaşlı yarımmüdafiəçisi Kes Smiti yaxından izləyir.

Fanat.Az xəbər verir ki, Joze Mourinyu heyətdə Bernardu Silva profilində, çoxfunksiyalı oynaya bilən futbolçu görmək istəyir və Smit bu meyarlara tam cavab verir.

Niderlandlı gənc ulduzun transfer dəyəri təxminən 60 milyon avro qiymətləndirilir ki, bu da Niderland futbolu üçün rekord göstərici ola bilər.

Hələlik tərəflər arasında rəsmi irəliləyiş olmasa da, "Kral klubu" futbolçunu siyahının ilk sırasına alıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər