""Mançester Yunayted"ə 10 futbolçumuzu göndərməyə çalıçacağıq"

""Mançester Yunayted"ə 10 futbolçumuzu göndərməyə çalıçacağıq"

“Bu layihəni təqdim etdiyimiz 1 ay keçsə də, 1 gün kimi çəkdi. Çünki çox həyəcanlı idi”. Apasport.az saytının məlumatına görə, bu fikirləri AFFA-nın baş katibi Elxan Məmmədov deyil. “Mançester Yunayted”in yay futbol məktəbinin Bakıda keçirdiyi layihə ilə bağlı danışan baş katib seçimdə qızın olmağının daha sevindirici olduğunu bildirib: “Məşqçilərimiz respublikamızda 1000-ə yaxın futbolçutya baxaraq, onlar arasında 32 futbolçu seçdi. Bunlardan 1-ni qız olmağı sevindiricidir. Göründüyü kimi, 17 yaşadək qızlardan ivarət yığmalar arasında Bakıda keçirilməyi dünya çempionatının keçirilməyinin böyük rolu oldu”.

“Mançester Yunayted”ə minnətdarlıq edən Məmmədov İngiltərəyə yollacaqları futbolçulara qayğı göstərməyin vacib olduğunu deyib: “Həmin 32 futbolçudan 5-ni seçiləcək. Onlar davamlı “Mançester Yunayed”ə səfər edib, daha uzun müddətli təlim-məşq toplanışında iştirak etməlidir. Mütəxəssis bundan sonra qiymət verib, Akademiyada nə qədər olmağına qərar verəcəklər. İndi danışıqlar gedir ki, 5 yox, 10 Azərbaycana futbolçu göndərək. Çünki məşqçilərdən yüksək qiymət almışıq, Oyun izləmək həmişə yaxşıdır. Ancaq bz onlara futbol oynamağa imkan yaratmalıyıq. Uşaqlar ingilis dilini bilmədiklərindən onlara “Mançester Yunayted”in Akademiyasında təhsil almaq çətindir. Ancaq minimum ingilis dilini öyrənmələrinə şərait yaradacağıq”. 

İdman24.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər