"Qarabağ"lılar Milana inamla getdi - açıqlamalar

"Qarabağ"lılar Milana inamla getdi - açıqlamalar
"Qarabağ" Avropa Liqasının qrup mərhələsində Milan "İnter"inin qonağı olacaq. Fanat.az xəbər verir ki, Ağdam klubunun oyunçuları matçdan əvvəl UEFA-nın rəsmi saytına açıqlama verib. Onların fikirlərini təqdim edirik:
İbrahim Şehiç: "Hamı İtalyan komandalarının gücünə bələddi. Bizi çətin bir oyun gözləyir. Gəlin, oyunu gözləyək. Hər kəsə zövq verəcək bir qarşılaşma olacağına ümid edək. Qrupdakı bütün komandaların gücü hamıya bəllidi. "İnter"in necə komanda olduğunu da hər kəs bilir. Bizim istədiyimiz kimi bir qarşılaşma olacağına inanıram".
Ansi Aqolli: "Futbolda hər şey mümkündü. Heç vaxt görüşün necə bitəcəyini bilmək olmaz. İtaliyada sürpriz nəticəyə nail ola bilərik. Kim düşünərdi ki, Albaniya yığması Portuqaliyada qalib gələcək? Ancaq biz bunu bacardıq. “Qarabağ” istəyi sayəsində “İnter”ə qalib gələ bilər. Bununla belə, biz rəqibin hücumlarını unutmamalıyıq. Bu komanda bütün dünyada məşhurdu. Ona görə də bizim qarşımızda asan tapşırıq durmur".
Riçard Almeyda: "Neftçi" ilə oyunda 3 xal qazandıq. Baxmayaraq ki, Rəşad Sadıqov, Çumbinyo kimi futbolçularımız oynamırdı. Bu matç göstərdi ki, bizdə bütün mövqelərə alternativ oyunçular var. Əlbəttə, Milanda 3:1 hesablı qələbə haqqında fikirləşə bilmərik. Ancaq biz qələbə qazanmaq üçün əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər