"Qarabağ"la "Zirə" sınaq matçında qarşılaşırlar

"Qarabağ"la "Zirə" sınaq matçında qarşılaşırlar

Avrokuboklara hazırlığa başlayan iki komanda - "Qarabağ" və "Zirə" bu gün yoxlama oyununda üz-üzə gələcəklər.

Fanat.Az xəbər verir ki, Premyer Liqanın qızıl və gümüş medalçılarının görüşü "Azərsun Arena"da baş tutacaq.

Qarşılaşma saat 18:00-da start götürəcək.

Qeyd edək ki, "Qarabağ" UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində "Şelburn" (İrlandiya) - "Linfild" (Şimali İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq. "Qarabağ"ın ilk görüşü iyulun 22-də səfərdə, cavab qarşılaşması 29-da evdə baş tutacaq.

"Zirə" isə UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Xorvatiya təmsilçisi "Hayduk"un müqavimətini qırmağa çalışacaq. İlk matç iyulun 23-də, saat 19:30-da "Bakcell Arena"da keçiriləcək. Komandalar arasında cavab görüşü iyulun 31-də, Bakı vaxtı ilə saat 23:00-da “Polyud Stadium”da start götürəcək. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər