"Qarabağ"la "Simurq" işi ilk oyunda "bişirdi"

"Qarabağ"la "Simurq" işi ilk oyunda "bişirdi"

Bu gün Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində ilk oyunlar keçirilib. Fanat.az xəbər verir ki, bütün oyunlar eyni gündə baş tutub.

"Qarabağ" Premyer Liqanın autsayderi "Bakı"nı sınağa çəkib və 3:0 hesablı qələbə qazanıb. Ağdam klubunun heyətində Reynaldo Silva dubl edib, Vüqar Nadirov bir qol vurub.

"İnter" "Xəzər Lənkəran"ı sınağa çəkib. 2 qolun vurulduğu oyunda hesabı 41-ci dəqiqədə Mikel Alvaro açıb. 69-cu dəqiqədə isə Asif Məmmədov "İnter"in ikinci qolunu vurub.

"Neftçi" fevralın 24-də Premyer Liqada 1:0 hesabı ilə udduğu və böyük söz-söhbətə səbəb olduğu AZAL-ı qəbul edib. 90 dəqiqə ərzində qapılara qol vurulmayıb və oyun 0:0 hesabı ilə başa çatıb.

Son oyunda "Qəbələ" "Simurq"u qəbul edib. Oyun qonaq komandanın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. 11-55-ci dəqiqələrdə Draqan Çeran dubl edib. 57-ci dəqiqədə isə Benjamin Lambot fərqlənib.

Qeyd edək ki, mərhələnin cavab oyunları martın 13-də keçiriləcək.

Azərbaycan Kuboku

1/4 final

İlk oyunlar

4 mart

Neftçi - AZAL 0:0

Neftçi: 30. Saşa Stamenkoviç, 2. Karlos Kardoso, 5. Elvin Yunuszadə, 7. Araz Abdullayev, 22. Rauf Əliyev, 15. Erik Ramos, 16. Əziz Quliyev, 17. Rəhman Hacıyev, 19. Mirhüseyn Seyidov (k), 21. Samir Məsimov, 28. Emin Mehdiyev.

Ehtiyat oyunçular: 1. Aqil Məmmədov, 4. Rahil Məmmədov, 9. Flavinyo, 10. Julius Vobay, 11. Nikolas Kanales, 3. Denis Silva, 27. Məqsəd İsayev.

Baş məşqçi: Arif Əsədov.

AZAL: 16. Stanislav Namaşko, 4. Laşa Kasradze, 8. Seymur Əsədov, 10. Nicat Qurbanov, 15. Oskar Klava, 17. Viktor İbekoyi, 20. Freddi Mombonqo, 21. Novruz Məmmədov, 23. Aleksandr Şemonayev, 25. Valeri Kutsenko, 27. Rəşad Abdullayev (k).

Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 5. Kərim Diniyev, 7. Təmkin Xəlilzadə, 9. Aydın Qasımov, 12. Luis Ramos, 13. Şəhriyar Rəhimov, 22. Eltun Yaqublu.

Baş məşqçi: Tərlan Əhmədov.

Hakimlər: İnqilab Məmmədov, Vaqif Musayev, Knyaz Əmiraslanov, Namiq Hüseynov.

Əlavə köməkçi hakimlər: Ramil Diniyev, Fariz Yusifov.

AFFA nümayəndəsi: Abbas Hüseynov.

Hakim-inspektor: Əli Hüseynov.

“Bakcell Arena”. Saat 17.00. 

İnter -  Xəzər Lənkəran 2:0

Qollar: Mikel Alvaro, 41. Asif Məmmədov, 69.

İnter: 25. Səlahət Ağayev (k), 3. Laşa Salukvadze, 8. Mikel Alvaro, 15. Yohan Bokonyano, 17. Məhəmməd Mirzəbəyov, 21. Arif Daşdəmirov, 22. Əfran İsmayılov, 23. Voyislav Stankoviç, 28. Baçana Tsxadadze, 88. Derlis Meza Kolli, 91. Coşqun Diniyev.

Ehtiyat oyunçular: 1. Georgi Lomaya, 11. Asif Məmmədov, 12. Junior Nildo, 24. Fuad Bayramov, 33. Matiya Şpiçiç, 80. Nizami Hacıyev, 82. Ruben Şakin.

Baş məşqçi: Kaxaber Tsxadadze.

Xəzər Lənkəran: 19. Vyekoslav Tomiç, 3. Rasim Ramaldanov, 7. Sadio Tounkara, 8. Elşən Rzazadə, 10. Ağabala Ramazanov, 12. İlyas Səfərzadə, 14. Rahid Əmirquliyev (k), 18. Tural Cəlilov, 63. Alfred Sanko, 72. Elvin Mirzəyev, 97. Elnur Cəfərov.

Ehtiyat oyunçular: 25. Tərlan Qasımzadə, 6. İlqar Ələkbərov, 9. Bəhruz Teymurov, 11. Nurxan Mənsimzadə, 17. Kazım Kazımlı, 42. Kamran Abdullazadə, 99. Mahsun Qəmbərli.

Baş məşqçi: Elbrus Məmmədov.

Hakimlər: Orxan Məmmədov, Mübariz Haşımov, Coşqun Həsənov, Xəlil Xəlilov 

AFFA nümayəndəsi: Rauf Hüseynli

Hakim-inspektor: Füzuli Nəcəfov

“İnter Arena”. Saat 17.00.

Qarabağ - Bakı 3:0

Qollar: Reynaldo Silva, 6; 32. Vüqar Nadirov, 24.

Qarabağ: 1. Fərhad Vəliyev, 5. Maksim Medvedev, 6. Hacı Əhmədov, 9. Reynaldo Silva, 10. Muarem Muarem, 14. Rəşad Sadıqov (k), 17. Vüqar Nadirov, 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 24. Admir Teli, 41. Leroy Corc.

Ehtiyat oyunçular: 13. İbrahim Şehiç, 7. Namiq Yusifov, 11. Danilo Dias, 18. İlqar Qurbanov, 33. Şəhriyar Əliyev, 77. Cavid Tağıyev, 99. Namiq Ələsgərov.

Baş məşqçi: Qurban Qurbanov.

Bakı: 12. Elxan Əhmədov, 2. Nicat Əsgərov, 5. Georgios Pelagias, 6. Vüqar Bəybalayev, 7. Nuran Qurbanov, 19. Eltun Hüseynov, 45. Mahir Mədətov, 56. Qeyrət Əliyev, 77. Ramazan Abbasov, 85. Jaba (k), 99. Kamil Nurəhmədov.

Ehtiyat oyunçular: 1. Elçin Sadıqov, 4. Ülvi Süleymanov, 11. Tural Qürbətov, 15. Azad Kərimov, 16. Rüstəm Rüstəmli, 21. Elşad Manafov, 28. Ülvi Quliyev.

Baş məşqçi: İbrahim Uzunca.

Hakimlər: Vüsal Əliyev, İsgəndər Əliyev, Nahid Əliyev, Rəhim Həsənov.

AFFA nümayəndəsi: Vaqif Davudov.

Hakim-inspektor: Səfər Haşımov.

Tofiq Bəhramov adına Respublika stadionu. Saat 17.00.

Qəbələ - Simurq 0:3

Qol: Draqan Çeran, 11; 55. Benjamin Lambot, 57.

Qəbələ: 22. Dmitri Bezotosnı, 4. Elvin Camalov, 9. Viktor Mendi, 10. Dodo, 15. Ruslan Abışov (k), 16. Ruslan Tağızadə, 19. Aleksey Qay, 27. Bəxtiyar Soltanov, 34. Ürfan Abbasov, 44. Rafael Santos, 90. Ekiqo Ehiosun.

Ehtiyat oyunçular: 30. Anar Nəzirov, 5. Sadiq Quliyev, 14. Cavid Hüseynov, 18. Ruslan Fomin, 20. Rikardinyo, 32. Mixail Sivakov, 99. Tellur Mütəllimov.

Baş məşqçi: Roman Qriqorçuk.

Simurq: 1. Pavel Kapsa, 2. İlkin Qırtımov (k),4. Xuan Alberto, 6. Samir Zərgərov, 10. Rəşad Eyyubov, 11. Draqan Çeran, 14. Vüqar Mustafayev, 18. Tural Axundov, 20. İdan Vaytsman, 26. Benjamin Lambot, 88. Marko Stanoyeviç.

Ehtiyat oyunçular: 35. Amil Ağacanov, 3. Adam Banaş, 7. Elnur Abdullayev, 8. Patrik Osiako, 9. Mirzağa Hüseynpur, 15. Stepan Polyak, 22. Cihan Özkara.

Baş məşqçi: Georgi Çixradze.

Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Munis Abdullayev, Zeynal Zeynalov.

Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Ömər Paşayev.

AFFA nümayəndəsi: Nüvər Xasıyev.

Hakim-inspektor: Gülağa Cabbarov,

Qəbələ şəhər stadionu. Saat 19.00.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər