"Qarabağ" və "İnter"in avrokubok oyunları canlı yayımlanacaq. Fanat.az xəbər verir ki, hər iki matçı "İdman Azərbaycan" kanalı efirə verəcək.
Kanal sabah saat 21.30-da Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində baş tutacaq "Qarabağ" - "Valletta" (Malta) qarşılaşmasını yayımlayacaq. İyulun 24-də "İnter" - "Elfsborq" (İsveç) efirə veriləcək. Bu matç saat 21.00-da başlayacaq.
Həmin gün baş tutacaq və "Koper" - "Neftçi" oyunu isə böyük ehtimalla yayımlanmayacaq.
Fanat.az