"Qarabağ"dan ayrılan Ulrix Kapolonqo və "İnter"i tərk edən İvo Taborskinin yeni iş yeri müəyyənləşib. Fanat.az xəbər verir ki, konqolu və çex futbolçular karyeralarını Çexiya çempionatında davam etdirəcək.
Belə ki, hər iki futbolçu "Teplitse" klubuna keçib. Taborski "İnter"ə məhz bu komandadan gəlmiş və Bakı klubundan ayrıldıqdan sonra ora qayıdıb. "Qarabağ"da bir mövsüm keçirən Kapolonqo da onun yanına gedib.
Qeyd edək ki, Kapolonqo 2013/14 mövsümündə "Qarabağ"ın heyətində 21 oyuna çıxıb, 704 dəqiqə oynayıb və 3 qol vurub. Qış fasiləsində "İnter"ə keçən Taborski isə 6 oyunda 110 dəqiqə forma geyinib.
Fanat.az