"Avropa Liqasında mübarizə aparacağımız qrup çox çətindi. İtaliya "İnter”i Avropanın güclü komandalarından biridi. Onlar İtaliya A seriyasının liderlərindən birid. Onlara qarşı oynamaq hər zaman çətindi. "Dnepr” Fransız klubları ilə həmişə çətin oynayıb. Nəticələr isə heç də yaxşı olmayıb”. Fanat.az xəbər verir ki, bu sözləri Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Dnepr"un baş direktoru Andrey Steçenko deyib.
"Qarabağ” haqda da fikirlərini bildirən klub rəsmisi Ağdam təmsilçisini tanımadığını söyləyib: "Düzünü desəm, bu komandanı heç tanımıram. Ancaq son zamanlar Azərbaycanda klub futbolu inkişafdadı və "Qarabağ”ın Avropa Liqasının qrup mərələsinə yüksəlməsi buna bir daha sübutdu. Düşünürəm ki, onlarla oyunlarımız çətin olacaq. Ancaq istənilən halda qrupdan çıxmağa çalışacağıq”.
Fanat.az