"Qarabağ"la oyunlar çətin alınacaq, çünki..." - İqor Xaratin

"Qarabağ"la oyunlar çətin alınacaq, çünki..." - İqor Xaratin

"Qarabağ"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi "Ferentsvaroş"un (Macarıstan) sabiq yarımmüdafiəçisi İqor Xaratin "yaşıl qartallar"ın rəsmi saytına açıqlama verib.

Fanat.Az-ın məlumatına görə, 30 yaşlı ukraynalı belə danışıb:

"Qarabağ"la oyunlar çətin alınacaq, çünki rəqib zəngin beynəlxalq təcrübəyə malik komandadır. Əlbəttə, "Ferentsvaroş"u asan qarşılaşmalar gözləmir. Buna rəğmən, komandanın qalib gəlmək üçün lazımi keyfiyyəti var".

Qeyd edək ki, "Qarabağ" "Ferentsvaroş"a qarşı ilk oyununu avqustun 19-da səfərdə, cavab matçını 27-də Bakıda keçirəcək.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər