"Qarabağ"la oyunda qələbəni kimə həsr edəcəklər?

"Qarabağ"la oyunda qələbəni kimə həsr edəcəklər?
"Qarabağ"la matç bizim üçün çox vacibdi. Baş məşqçimizin ad günüdü, bu ona mövsüm ərzində ən gözəl hədiyyəmiz ola bilər". Fanat.az xəbər verir ki, bu sözləri Milan "İnter"inin futbolçusu Mauro İkardi deyib.
"İnter" Avropa Liqasının qrup mərhələsi çərçivəsində sabah "Qarabağ"la qarşılaşacaq. Bu gün keçirilən mətbuat konfransına qatılan futbolçu oyunla bağlı fikirlərini bildirib: "Bu qələbə həm bizim, həm də azarkeşlər üçün vacibdi. "Kalyari" ilə oyundan dərs aldıq. Bu oyundakı səhvləri bir daha təkrarlamaq niyətində deyilik". 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər