"Çətin oyun oldu. Amma biz qələbə qazandıq". Fanat.az xəbər verir ki, bu sözləri "Rid"lə oyundan sonra "Zalsburq"unun baş məşqçisi Adolf Hütter deyib.
"Zalsburq" dünən Avstriya Bundesliqasının III turunda "Rid"i 2:1 hesabı ilə yenib. Baş məşqçi matçdan sonra "Qarabağ"la oyunla bağlı danışıb: "İndi bizi "Qarabağ"la oyun gözləyir. Biz bu matçda ilk dəqiqələrdən hücuma atılmalıyıq. Əminəm ki, komandamız 90 dəqiqə ərzində bütün gücünü qoyub, lazım olan nəticəni qazanacaq və növbəti mərhələyə adlayacağıq".
Qeyd edək ki, "Qarabağ" Bakıdakı ilk oyunda "Zalsburq"u 2:1 hesabı ilə məğlub edib. Cavab oyunu avqustun 6-da Zalsburqdakı "Red Bull Arena"da keçiriləcək.
Fanat.az