"Qarabağ"la oyunda dubl etdi, həftənin ən yaxşı oyunçusu adına namizəd oldu

"Qarabağ"la oyunda dubl etdi, həftənin ən yaxşı oyunçusu adına namizəd oldu

UEFA-nın mətbuat xidməti Çempionlar Liqasının əsas mərhələsinin 3-cü turunun oyunlarından sonra həftənin ən yaxşı oyunçusu adına namuzədləri açıqlayıb.

Fanat.Az xəbər verir ki, bunlar Qorka Quruseta ("Atletik"), Dennis Man (PSV), Feliks Nmeça (Dortmund "Borussiya"sı) və Fermin Lopesdir ("Barselona").

Quruseta "Qarabağ"la Bilbaodakı oyunda dubl la yadda qalıbsa (3:1),  Man Niderlandda "Napoli"ni darmadağın etdikləri matçda (6:2) 2 qola imza atıb. Nmeça "Kopenhagen"ə 2 (4:2), Lopes "Olimpiakos"a 3 qol vurub.

Kamil Xudiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər