"Qarabağ"la oyunda 2 xal itirdik"

"Qarabağ"la oyunda 2 xal itirdik"
"Qarabağ"ın necə güclü kollektiv olduğunu hamı bilir. Ancaq biz görüşə çox yaxşı köklənmişdik. Oyunöncəsi tapşırıqları yaxşı dərk etdiyimizdən rəqiblə bərabər mübarizə apardıq". Fanat.az xəbər verir ki, bu sözləri "Rəvan"ın futbolçusu Sebastian Kastro-Tello deyib.
Çili əsilli hücumameyilli yarımmüdafiəçi 2 xal itirdiklərini bildirib: "Düzdü, "Qarabağ"ın qol imkanları çox oldu. Ancaq əsas nəticədi. Bütün komanda yaxşı mübarizə apardığından sonda xalsız qalmadıq. Son dəqiqələrdə qol buraxdığımızı yada salanda çox üzülürəm. Qələbəyə çox yaxın idik. Hətta deyərdim ki, 2 xal itirdik, nəinki 1 xal qazandıq. Ancaq yenə də nəticə gələcək üçün nikbinlik vəd edir. Bu uğurlu nəticələrin ardını gətirməyə çalışacağıq".
Cari mövsüm "Rəvan"ın rəqib qapılarından keçirdiyi bütün qollarda bilavasitə iştirak edən, başqa sözlə 2 qol vurub 1 məhsuldar ötürmə edən isveçli pleymeyker matçın komandanın qələbəsinin əsas olduğunu deyib: "Nəticələrimə görə sevinirəm. Amma əsas olan şey komandanın qələbə qazanmasıdı. Düzdü, hər dəfə qol vurduqca, məhsuldar ötürmələr verdikcə özünəinamım xeyli artır. Bununla belə, komanda uğuru hər şeydən öndə gedir. Çalışacağıq ki, növbəti oyunlarda da ən azı bu matçda olduğu kimi mübarizə aparaq. Belədə nəticə də özü gələcək. Artıq yeni futbolçular komandaya demək olar, tam uyğunlaşıb. Tədricən hər şey qaydasına düşəcək. Hər yeni oyunda daha yaxşı oynayırıq. Ümid edirəm ki, bu davamlı olacaq və öz oyunumuzu tapdıqdan sonra yüksək yerlər uğrunda mübarizəyə qoşulacağıq".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər