"Qarabağ"la oyuna tam heyətlə...

"Qarabağ"la oyuna tam heyətlə...

"Sumqayıt" "Qəbələ" ilə oyundan sonra iki günlük istirahəti başa vurub. Fanat.az xəbər verir ki, Aqil Məmmədovun rəhbərlik etdiyi komanda bu gün "Kapital Bank Arena"da məşqə çıxıb. 

"Sumqayıt"ın heyətində zədəli futbolçu yer almır. Son iki turda meydana çıxa bilməyən yarımmüdafiəçi Tərzin Cahangirov da artıq kollektivə qoşulub.

Qeyd edək ki, "Sumqayıt" - "Qarabağ" oyunu martın 18-də saat 16.00-da "Kapital Bank Arena"da keçiriləcək.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər