"Qarabağ"ın Avropa Liqasındakı rəqibi Fransanın "Sent-Etyen" klubunun hücumçusu Romen Amuma ağdamlılarla oyunu buraxa bilər. Fanat.az xəbər verir ki, futbolçu Fransa çempionatının son turunda qarşılaşdıqları "Kan" klubuna qarşı görüşdə zədələnib.
Qeyd edək ki, "Qarabağ" - "Sent-Etyen" oyunu sentyabrın 18-də Bakıda baş tutacaq.
Fanat.az