Fransanın "Sent-Etyen" klubunun yarımmüdafiəçisi Jeremi Kleman "Qarabağ"la oyunla bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, Bakıda keçirilən mətbuat konfransına qatılan futbolçu bunları deyib:
"Qarabağ" güclü və yaxşı komandadı. Bəli, belə bir açıqlama vermişdim ki, bu komandanı tanımıram. Amma rəqibin oyunlarının videoyazısına baxdıqdan sonra başa düşdüm ki, bu komanda ilə görüşümüz çətin olacaq. Çox şadam ki, “Sent-Etyen”lə Avroliqada çıxış edəcəyəm. Bundan zövq alacağam. Biz hər şeyi edəcəyik ki, Bakıda qələbə qazanaq".
Fanat.az