"Qarabağ"ın zəfəri yalnız fərqi qorudu -Əmsallar cədvəli

"Qarabağ"ın zəfəri yalnız fərqi qorudu -Əmsallar cədvəli

Dünən baş tutan Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunlarının ardından UEFA-nın əmsallar cədvəlindəki durum bəllidi. Fanat.az xəbər verir ki, Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunlarından sonra siyahıda müəyyən dəyişikliklər var.

 

Azərbaycanın mövqeyi dəyişməz qalıb. Doğrudu, mərkəzi arenada Malta “Valetta”sını 4:0 hesabı ilə darmadağın edən “Qarabağ” ölkəmiz üçün növbəti 0,250-ni gətirib. Bu da cari mövsüm qazanılanları 1,250 əmsala çatdırıb.

 

Bunun 0,750-si “İnter”, 0,500-ü “Qarabağ”ın payındadı. Son 5 mövsümə görə hesablanan reytinq siyahısında isə “qənimət” 10,125-ə çatıb.

 

29-cu olan Macarıstanla 0,250 əmsallıq fərq qorunub. Buna “Debretsen”in öz meydanında Şimali İrlandiya təmsilçisi “Kliftonvill”ə qalib gəlməsi səbəb olub - 2:0. Ən yaxın izləyicimiz - 31-ci olan Slovakiya ilə fərq də eynidi. “Slovan”ın Uelsdə TNS-ə 2 cavabsız qol vurması fərqin qorunmasına bəs edib.

...28

.Sloveniya

10,750

 

29

.Macarıstan

10,375

 

30

.AZƏRBAYCAN

10,125

 

31

.Slovakiya

9,875

 

32

.Moldova

9,250

…

Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər