"Qarabağ"ın yubiley heç-heçəsi

"Qarabağ"ın yubiley heç-heçəsi

Topaz Premyer Liqasının II turunun “İnter”lə görüşündə 0:0 hesablı heç-heçə edən “Qarabağ” 1992-ci ildə start götürən Azərbaycan çempionatlarında 150-ci dəfə 1 xalla kifayətlənib. Fanat.az xəbər verir ki, heç-heçə sayında ikincilik “Neftçi”yə məxsusdur – 137 dəfə.

Bu heç-heçələrdən 59-u ev, 86-sı səfər, 5-i neytral meydanlarda qeydə alınıb.

Bütün çempionatlarda bərabərliyi olan komanda 2009/10 mövsümündə daha çox – 12 heç-heçə edib. 1996/97 və 2001/02 mövsümlərində daha az – hərəsində 2 “sülh” qeydə alınıb.

Ağdamlılar ilk belə nəticəsini 1992-ci il mayın 18-də “Turan”la ev oyununda əldə edib – 1:1.

Ölkə çempionatlarının 22 illik tarixində “Qarabağ”ın həm heç-heçə, həm də heç-heçəsiz oyunlar seriyaları olub. 2000-ci ildə ardıcıl 5 bərabərliyi olan komanda 2001-02-ci illərdə 24 görüşdə xalları yarı bölməyib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər