"Qarabağ"ın yeni transferindən ilk rəsmi açıqlama

"Qarabağ"ın yeni transferindən ilk rəsmi açıqlama

"Qarabağ"ın heyətinə yeni qatdığı yamaykalı vinger Renaldo Sefas rəsmi müqaviləyə imza atdıqdan sonra ilk dəfə təəssüratlarını bölüşüb.

Fanat.Az xəbər verir ki, 26 yaşlı futbolçu sosial şəbəkə hesabı vasitəsilə azarkeşlərə və klub rəhbərliyinə müraciət edib:

"İlk növbədə hər şeyə görə Allaha şükür etmək istəyirəm, olan hər şeyin dəyərini bilirəm. Bu fantastik ailəyə qoşulduğum üçün çox xoşbəxtəm. Məni burada çox səmimi qarşıladıqları və bunu hiss etməyimə şərait yaratdıqları üçün klubun bütün heyətinə, əməkdaşlarına təşəkkür edirəm. Yeni komanda yoldaşlarımla, bu böyük ailə ilə tanış olmaq və işə başlamaq üçün səbirsizlənirəm."

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər