"Qarabağ"ın yeni transferi zədələndi - "Şelburn"a qarşı oynamayacaq

"Qarabağ"ın yeni transferi zədələndi - "Şelburn"a qarşı oynamayacaq

UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində sabah "Şelburn"u qəbul edəcək "Qarabağ" yeni transferlərindən birinin xidmətindən faydalana bilməyəcək.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, cinah müdafiəçisi Dani Bolt zədələndiyi üçün oyunu kənardan izləyəcək.

"Qarabağ"ın yeni transferi zədələndi - "Şelburn"a qarşı oynamayacaq

Onun adı matçın iştirak ərizəsinə salınmayacaq. Zədə səbəbindən bu rəqiblə İrlandiyadakı matçı buraxan Marko Yankoviçə gəlincə, onun da meydana çıxmaq ehtimalı çox azdır.

Qeyd edək ki, “Qarabağ” Dublindəki qarşılaşmada 3:0 hesablı qələbə qazanıb. Tərəflərin Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq ikinci görüşü saat 20:00-da start götürəcək. 

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər