"Qarabağ"ın yeni transferi söz verdi - VİDEO

"Qarabağ"ın yeni transferi söz verdi - VİDEO

"Azarekşlərimizə söz verirəm ki, avrokubok oyunlarında komandamıza əlimdən gələn köməyi maksimum dərəcədə göstərəcəm". Fanat.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın yeni transferi Dani Kintana deyib.

Dünən 3 illik müqavilə imzalayan ispan futbolçu klubun rəsmi saytına açıqlama verib: "Bura əvvəl olduğum ölkələrdən fərqli bir yerdi. Demək olar ki, Bakı bir Avropa şəhəridi. Ümumiyyətlə, buradakı mühit xoşuma gəlir. "Qarabağ"la yeni müqavilə imzaladığım üçün şadam. Bilirəm ki, komanda Çempionlar Liqasına vəsiqə qazanmaq üçün əlindən gələni edir. Belə bir məqsədi olan komandanın şərəfini qoruduğum üçün şadam".

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər