Tərlan Quliyev "Qarabağ"dan ayrılıb. Fanat.az-ın əldə etdiyi məlumata görə, gənc müdafiəçi hərbi xidmətə yollanıb.
Tərlan hazırda Kürdəmirdəki N saylı hərbi hissədə xidmət keçir. Bu səbəbdən onun adı dünən "Salzburq"la matçın "18-liy"inə salınmayıb. Quliyevin "Qarabağ"ın düşərgəsinə nə vaxt dönəcəyi bəlli deyil.
Qeyd edək ki, "Qarabağ" Tərlanı bu yay "Neftçi"dən transfer edib.
Fanat.az