Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək "Qarabağ" heyətini daha bir futbolçu ilə gücləndirir. Fanat.az xəbər verir ki, ağdamlılar hollandiyalı Raydel Puponla müqavilə imzalamağa çox yaxındı.
Futbolçu bu məqsədlə artıq Bakıya da dəvət olunub. Forvardla qarşıdakı günlərdə müqavilə imzalanması gözlənilir. Futbolçunun Bakıda çəkilən ilk fotosu ilə sizi tanış edirik:
Fanat.az