"Qarabağ"ın yeni qapıçısı danışdı

"Qarabağ"ın yeni qapıçısı danışdı
"Mən "Qarabağ"dakı şəraiti görəndə doğrudan təəccübləndim. Burda məşq etmək üçün çox gözəl şərait mövcuddu. Şəhər özü də çox gözəldi". Fanat.az xəbər verir ki, bu sözləri "Qarabağ"la keçdiyi deyilən bosniyalı qapıçı İbrahim Şehiç deyib.
Bosniya və Hersoqovina mətbuatına danışan "Mersin İdman Yurdu"nun sabiq qolkiperi Azərbaycan Premyer Liqasına gəlməklə səhvə yol verdiyini düşünmədiyini bildirib: "Qarabağ" iddialı komandadı. Onların əsas hədəfi növbəti mövsümdə Avropa Liqasının qrup mərhələsində oynamaqdı. Artıq yeni klubum var. İndi bütün diqqətim bu komandaya yönəlib. Mənə sadəcə "Qarabağ" rəhbərliyinin etimadını doğrultmaq lazımdı”.
Şehiç "Mersin İdman Yurdu"nda üzləşdiyi problemlə bağlı da danışıb: "Orda türkiyəli qapıçı var idi. Onu əsas heyət üzvü görürdülər. Mənim onunla heç bir problemim yox idi. Amma ehtiyatda qalmaq da istəmirdim. Yenidən Bosniya yığmasına qayıtmaq, komandamıza faydalı olmaq istəyirəm. Əminəm ki, yeni komandamda öz formamı daha da yaxşılaşdırmağa köklənə biləcəm".
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər