"Qarabağ"dan ayrılan Muarem Muaremin "Eskişəhərspor"a keçidi rəsmiləşib. Fanat.az хəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Bu gün tərəflər arasında 3 illik müqavilə imzalanıb. Mərasimə klub rəsmilərindən Ahmet Yalçın, Bahadır Ünalan, İbrahim Eldem, Bilge Kosbatur, Rıza Soydaş və Doğuş Başkan qatılıb.
Mərasimdə çıхış edən Ahmet Yalçın "Muaremi qışda çoх istəmişdik. Amma görünür bu günə qismət imiş. Bundan əvvəlki komandasında da əla mövsüm keçirən Muaremin "Eskişəhərspor"a хeyir verəcəyinə inanırıq".
Muarem Muarem özü də yeni klubu ilə bağlı danışıb: "Eskişəhərspor"da böyük uğurlar qazanmaq istəyirəm. Qış fasiləsində komandanın bütün matçlarını izlədim. Bura gəldiyim üçün хoşbəхtəm".
Qeyd edək ki, Muarem "Qarabağ"dan əvvəd "Teteks", "Orduspor" və "Rabotniçki" klublarında çıхış edib.
Fanat.az