"Qarabağ"ın unudulmaz qapıçısı qərarını verdi

"Qarabağ"ın unudulmaz qapıçısı qərarını verdi

Ağdamın "Qarabağ" klubunun keçmiş qolkiperi Andrey Lunyov hazırkı komandası ilə yeni sözləşməyə imza atıb.

Fanat.Az Moskva "Dinamo"sunun mətbuat xidmətinə istinadən xəbər verir ki, rusiyalı qapıçı ilə müqavilənin müddəti 2027-ci ilin yayına qədər uzadılıb.

Yeni müqavilədə sözləşmənin daha iki mövsüm (2027/28 və 2028/29) müddətinə uzadıla bilməsi barədə xüsusi bənd də yer alıb.

Xatırladaq ki, Lunyov 2024-cü ilin iyununda "Qarabağ"dan Moskva təmsilçisinə transfer olunub və paytaxt klubunun heyətində çıxış etdiyi 48 matçın 10-da qapısını toxunulmaz saxlayıb.

Kamil Xudiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər