"Qarabağ"ın ulduzları hansı klublardan təlkif alıb? 4 legioner...

"Qarabağ"ın ulduzları hansı klublardan təlkif alıb? 4 legioner...
"Qarabağ"ın uğurlu çıxışı əcnəbi klubların Ağdam təmsilçisinin heyətində top qovan legionerlərə marağını artırır. Fanat.az-ın aldığı məlumata görə, hazırda "köhlən atlar"ın 4 legionerinə xaricdən ciddi təkliflər var.
Belə ki, Leroy Corca Hollandiyanın ikinci divizionundan - Eareste Liqadan təklif gəlib. Reynaldo Silva və Riçard Almeyda Braziliya klublarının maraq dairəsindədi. İkincini həmçinin əvvəllər çıxış etdiyi Portuqaliya Super Liqasına da səsləyirlər. Çumbinyonu isə uzun illər top qovduğu Yunanıstandan çağırırlar. 
"Qarabağ" əsas heyət üzvü olan bu futbolçuları satmaq marağında deyil. Amma klubu maliyyə baxımından razı salacaq təkliflər olarsa, adı çəkilən oyunçuların satılması mümkündü.
Qeyd edək ki, Riçard "Qarabağ"da 55 (18 qol), Reynaldo 36 (15), Leroy 25 (4), Çumbiny isə 22 (6) oyun keçirib. 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər